Ötən il Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 158,5 mln. ABŞ dolları gəlir əldə edib.
Teleqraf.com fonda istinadən xəbər verir ki, Şahdəniz yatağından əldə edilən gəlirin həcmi 442,085 mln. ABŞ dollar olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 132,482 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, fond 2023-cü ildə AÇG yatağı üzrə 6 milyard 899,2 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə 1 milyard 308 milyon ABŞ dolları gəlir əldə etmişdi.