Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının alışını azaldıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 507,1 milyon dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 221 milyon dollar azdır.
Nəticədə, Türkiyənin, Azərbaycanın qeyri-neft məhsullarının ixracındakı payı da azalıb. Ötən ilin 11 ayında Türkiyənin payı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,02 faizdən 16,41 faizə düşüb.
Ötən ilin ilk 11 ayında Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, bu ölkə Azərbaycandan 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib.