9 Yanvar 23:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau limanında Azərbaycan ərazisindən yük axınını artıracaq yeni konteyner qovşağı tikilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika arenasında mövqelərini gücləndirəcək, Trans-Xəzər marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçən konteyner daşımalarını artırmağa imkan verəcək. Bu, Çindən gələn tranzit yüklərinin bir hissəsini Avropaya yönləndirmək imkanı yaradacaq", deyə məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər