"Alpha" platforması sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən işini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
"Hazırda problemin ən qısa müddətdə aradan qaldırılması üçün bütün zəruri işlər aparılır”, - deyə Tamam Bayatlı qeyd edib.
***
16:13
Bolqarıstana Azərbaycan qazının tədarükü sabahdan bərpa ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bulgargaz” şirkəti məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan müqavilə əsasında təbii qazın verilməsi açıqlanmayan texniki səbəblərə görə yanvarın 7-dən 11-dək dayandırılıb. Bu müddətdə “Bulgargaz” təbii qazı Türkiyənin “Botaş” şirkətindən tədarük edir.
"Reuters" agentliyinin məlumatına görə, təbii qaz təchizatının kəsilməsi BP-nin "Şahdəniz" təbii qaz yatağında "Alpha" platformasında yaranan problemdən qaynaqlanır.
Qeyd edək ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan-Bolqarıstan inteqrasiyası vasitəsilə tədarük edir. Boru kəmərinin gücü illik 3 milyard kubmetr təşkil edir, artırılaraq 5 milyard kubmetrə qədər olma imkanı var.