Ötən il Azərbaycanda əhalinin gəlirləri artıb.
Teleqraf.com Dövlət Staistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə əhalinin gəlirləri əvvəlki ilə nisbətən 6,4 faiz artaraq 83 milyard 93,4 milyon manat olub.
Hər nəfərə orta hesabla 8 min 144,1 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri 73 milyard 409,4 milyon manat təşkil edib.