10:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fitch Ratings” 2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini endirməyəcəyini proqnozlaşdırıb.

Teleqraf.com xəbər verir ki, agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsinə görə, xarici qeyri-müəyyənlik, idarə olunan qiymət artımlarını, eləcə də digər risklər nəzərə alınaraq tənzimləyicinin faiz siyasətində endirim gözlənilmir.

O da qeyd edilir ki, ölkədə illik inflyasiya dekabrda 4.9%-ə yüksəlsə də, bu hədəf diapazonu daxilində qalır.

Sənəddə qeyd olunur ki, Mərkəzi Bank aralıq əməliyyat hədəfi kimi valyuta məzənnəsindən istifadə edir. Bununla belə, pul siyasəti çərçivəsi digər ölkələrə nisbətən zəif olaraq qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər