15:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Bakı şəhəri və müxtəlif regionlarda bir sıra mühüm infrastruktur layihələri üzrə işlər tamamlanıb.

Teleqraf.com xəbər verir ki, bunlar arasında Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, “Crescent Mall” ticarət mərkəzi, Zəngilan tankeri, “LANDAU School” Təhsil Kompleksi, “The Grand” apart hoteli, “Ağalı” hoteli, Böyükşor-Pirşağı yeni avtomobil yolu, Zəfər parkı, Gəncə İdman Sarayı, Palçıq Vulkanları Turizm Kompleksi və bir çox digər obyektlər yer alıb.

Ötən il istifadəyə verilən zavod və fabriklərə gəlincə, bunların sırasında Ağdam Sənaye Parkında ayaqqabı, elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı, divar kağızları istehsalı, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, dam örtükləri istehsalı zavodları var.

İşğaldan azad edilən ərazilərdə isə Cəbrayılda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, yaşayış kompleksi, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunda tunel, Göygöl rayonunda 4,1 MVt gücündə “Toğanalı” KSES, Kəlbəcər rayonunda 110/35/10 kVluq “İstisu” yarımstansiyası, 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyası, “İstisu” mineral su zavodu, 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası, Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, Şuşa rayonunda yaşayış kompleksi, Bayraq Meydanı, Şuşa sutəmizləyici qurğular kompleksi, Zəngilan rayonunda “Ağalı” hoteli, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları, “Sarıqışlaq” Su Elektrik Stansiyası, Zəngilan məscidi, Rəqəmsal İdarəetmə Mərkəzi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər