2024-cü ildə nəqliyyatçılar 2088,0 milyon sərnişinə xidmət göstəriblər. Bu da 2023-dcü illə müqayisədə sərnişindaşımanın 8,5 % artması deməkdir. Sərnişinlərin 88,4 faizi avtomobil nəqliyyatı, 11 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növlərindən istifadı ediblər.
Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, dəmir yolu nəqliyyatı ilə 8531,2 min sərnişin daşınıb. Bu da 2023-cü illə müqayisədə 18,7 faiz artım deməkdir.
Hava nəqliyyatında da 37,9 % artım qeydə alınıb. Hesabat dövründə 4 milyondan çox sərnişin daşınıb.
Metrodan istifadə edənlərin sayı isə 4,6 faiz artaraq 229,5 milyon nəfərə çatıb.
Diqqəti çəkən taksi xidmətlərindən istifadənin azalmasıdır. Ötən il taksidən istifadə edənlərin sayı 90 828,9 min nəfər olub ki, bu da illik müqayisədə 3.5% azdır.
Qeyd edək ki, taksidən istifadə edənlərin sayının azalmasının əsas səbəbi qiymət amili ilə bağlıdır. Son bir ildə qiymətlərdə ciddi artım var. Bir il əvvəl taksi ilə bir gedişin qiyməti orta hesabla 5,55 manat olduğu halda hazırda 6,6 manat təşkil edir.