23 Fevral 2015 12:23
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar ayında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə təxminən 62,9 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz çoxdur.

Ötən ay sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 10,3 milyon manat təşkil edib. Bu da 2013-cü ilin yanvar ayına nisbətən 27,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş edilib. Bu göstərici 2013-cü ilin eyni dövründə 13,2 manat olub.

Yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 13%-i və yaxud 8,2 milyon manatı həyat sığortasının payına düşüb. 2013-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 38,2% azalıb.

Həyat sığortasındakı yığımların təxminən 50%-i və ya 4,1 milyon manatı həyatın yaşam sığortasının, 30,5%-i və ya 2,5 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 19,5%-i və ya 1,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 12,6 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ötən ay həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 650 min manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,3%-ni təşkil etməklə, 2013-cü ilin eyni dövrünə nisbətən 31,9% azdır.

Həyat sığortası üzrə ödənişlərin təxminən 39,5%-i və ya 257 min manatı həyatın yaşam sığortasının, 37,1%-i və ya 241 min manatı həyatın ölüm halından sığortasının, 23,4%-i və ya 152 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 8 manat ödəniş həyata keçirilib. 2013-cü ilin eyni dövründə isə bu göstərici 7,2 manat olub.

Yanvarda Azərbaycanda sığorta haqlarının 54,7 milyon manatı və ya 87%-i qeyri-həyat sığortasının payına düşüb. 2013-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 14,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 48,7%-i və ya 26,7 milyon manatı tibbi sığortanın, 10,3%-i və ya 5,6 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, 9,3%-i və ya 5,1 milyon manatı avtomobillərin icbari sığortasının, 7,5%-i və ya 4,1 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, yenə də 7,5%-i və ya 4,1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 5,7%-i və ya 3,1 milyon manatı kasko sığortasının, qalan 11%-i və ya 6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ötən ay sığorta ödənişlərinin 93,7%-ni və ya 9,7 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2013-cü ilin eyni dövrünə nisbətən 35,8% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 41,7%-i və ya 4 milyon manatı tibbi sığortanın, 24,4%-i və ya 2,4 milyon manatı kasko sığortasının, 22,2%-i və ya 2,2 milyon manatı avtomobillərin icbari sığortasının, qalan 11,7%-i və ya 1,1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 17,7 manat ödəniş edilib. 2013-cü ilin eyni dövründə isə bu göstərici 14,9 manat olub.

Müvafiq dövr ərzində Azərbaycanda sığorta haqlarının 80,9%-i və yaxud 50,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

İcbarı sığorta növlərində yığımlar isə 12 milyon manat və yaxud bazarın 19,1%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı təxminən 2 dəfə böyüyüb.

Ötən ay ümumi ödənişlərin 73,1%-i və yaxud 7,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 32,9% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 2,8 milyon manat və yaxud ümumi bazarın 26,9%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqı müqabilində 14,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 10,3 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 40,2 manatdan 23,1 manata düşüb.

Naibə QURBANOVA


Müəllif: