11:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanın ixracında əsas pay sahibi Avropa İttifaqı ölkələri olub.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanın ixracının 63,31 faizi (16 milyard 811, 7 milyon dolları) Avropa İttifaqı ölkələri ilə olub.

Ancaq Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracında 5 milyard dollarlıq azalma olub.

MDB ölkələrinə ixrac isə 2023-cü illə müqayisədə 1 milyard 653 milyon dollardan 1 milyrad 698 milyon manata qədər artıb. MDB ölkələrinin ixracda payı da 4,88 faizdən 6,40 faizə qədər artıb.


Müəllif: Bəkir Nərimanoğlu