Ötən il Azərbaycandan 154 min 283 ton (113 milyon 664 min ABŞ dolları dəyərində) xurma ixrac edilib.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il xurma ixracı 2023-cü illə müqayisədə 6.4% və ya 10 min 622 ton az - 164 min 906 ton olub.
2024-cü ildə ümumi ixracın 0.43 faizi, qeyri-neft sektoru üzrə ixracın isə 3.39 faizi xurmanın payına düşüb.