16:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə 1,4 milyard insan beynəlxalq səyahət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Dünya Turizm Təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, əvvəlki illə müqayisədə 11% (təxminən 140 milyon nəfər çox) artım müşahidə olunub və bununla da pandemiya öncəsi göstəricilərə qayıdılıb.

COVID-19 pandemiyasından əvvəlki 2019-cu ilin və 2024-cü ilin göstəricilərinin müqayisəsinə əsasən, ən çox səyahətçi artımı Yaxın Şərq, Avropa və Afrikada qeydə alınıb.

Keçən il Yaxın Şərqə 95 milyon (2019-cu illə müqayisədə 32% artım), Afrikaya 74 milyon (7% artım) və Avropaya 747 milyon (1% artım) insan səyahət edib.

Dünya turizmindəki güclü tələbin təsiri ilə artımın 2025-ci il ərzində davam edəcəyini vurğulanır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər