Azərbaycan qazı Gürcüstan iqtisadiyyatının dayanıqlılığında mühüm rol oynayır.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2025-2027-ci illər üzrə iqtisadi islahatlar proqramında bildirilib.
Sənəddə qeyd olunub ki, enerji təhlükəsizliyi və enerji müstəqilliyi iqtisadi davamlılığın əsas amillərindən biridir.
“Son böhran və artan əmtəə qiymətləri nisbətən ucuz bərpa olunan resursların mövcudluğunun nə qədər əhəmiyyətli rol oynadığını göstərdi. Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyə və Avropaya ötürülən qaz kəmərlərinin resursları Gürcüstan iqtisadiyyatının dayanıqlılığında rol oynayıb”, - proqramda deyilir.
Qeyd edək ki, Gürcüstanın Maliyyə Nazirliyi sənədi Avropa Komissiyasına təqdim edib. Proqram makroiqtisadi göstəricilər, dövlət vəsaitlərinin idarə olunması və struktur islahalatlarını əhatə edir.