Azərbaycanda fiziki şəxslərin idxalı artıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə əhali 1 milyard 981,8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Bu, 2023-cü illə müqayisədə 5.8 milyon ABŞ dolları çoxdur.
Ötən il idxalda fiziki şəxslərin xüsusi çəki 9.42 faiz olub.
Ancaq fiziki şəxslərin ixracı azalıb. Belə ki, 2024-cü ildə fiziki şəxslər tərəfindən 166 milyon 278 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü illə müqayisədə 94 milyon dollar azdır.
İxracda fiziki şəxslərin xüsusi çəkisi 0,63 faiz olub.