17:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycana 164 milyon dollar dəyərində mebel və mebel hissələri idxal olunub. Bu, 2023-cü illə müqayisədə 32 milyon 273 dollar çoxdur.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xaricdən mebel alışı ümumi idxalın 0,78 faizini təşkil edib.

2023-cü ilin sonuna ölkəyə mebel idxalının həcmi 132 milyon 135.21 min dollar təşkil edib. Bu da ümumi idxalın 0,76 faizi deməkdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-dekabr aylarında ölkədə 391,2 milyon manat dəyərində mebel istehsal edilib. Ötən il üzrə istehsal həcmləri 2023-cü illə müqayisədə 45,9% artıb.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər