24 Yanvar 18:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyi üzrә dövlәt vәsaitlәrinin vә әmlakının idarә olunması ilə bağlı kәnar dövlәt maliyyә nәzarәti aparıb.

Teleqraf.com xəbər verir ki, Agentlikdə bir sıra nöqsanlar aşkarlanıb.

Dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbat düzgün müәyyәnlәşdirilmәdiyindən 2022-ci ildә 45 000,0 min manat, 2023-cü ildә 127 516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozit kimi yerlәşdirilib. Depozitlər üzrə qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 516,3 min manata bәrabәr olub.

Bundan əlavə 177,8 min manat qalıq vəsait Agentliyin bank hesabında saxlanılıb vә dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər