Azərbaycan Banklar Assosiasiyası 2024-cü il üzrə biznes kreditlərinin banklar arasında bölüşdürülməsi ilə bağlı hesabat təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" (ABB ASC) siyahıya liderlik edərək 3 milyard 109.2 milyon manatlıq biznes kreditləşməsi reallaşdırıb.
ABB-ni siralamada "PAŞA Bank" ASC izləyib. Bank ötən il biznes sektoruna 3 milyard manatdan bir qədər çox krediti verib. Üçüncü sırada 1 mlyard 666.5 milyon manatlıq göstərici ilə "Kapital Bank" ASC qərarlaşıb. Bundan əlavə, "Xalq Bank" ASC 1 milyard 99.1 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Bank Respublika" ASC isə 1 milyard 13.4 milyon manatla beşinci sırada yer alıb.
Adıçəkilən banklar arasında biznes krediti portfelini daha çox "Bank Respublika" artırıb- 10,8%.