Azərbaycanda yaşayış binalarının tikintisinə yönələn investisiyaların həcmi kəskin artıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əsas kapitala yatırılan investisiyaların 12 faizi – 2 milyard 572,7 milyon manatı yaşayış binalarının tikintisinin payına düşüb.
Bu, 2023-cü illə müqayisədə 2,64 dəfə çoxdur.
2023-cü ildə yaşayış binalarının tikintisinə 971 milyon 400 min manat yönəldilib.
Yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar – çoxmənzilli binaların, fərdi yaşayış və bağ evlərinin tikintisinə yönəldilmiş investisiyalardır.