28 Yanvar 11:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq poçt göndərişləri azalıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 72 milyon 446.2 min ABŞ dolları dəyərində 295.02 ton beynəlxalq poçt göndərişləri olub.

Bu, 2023-cü illə müqayisədə 27,97 ton vəya 8,7 faiz azdır.

Ötən il Azərbaycanın poçt göndərişlərinin idxalı 69 milyon 298.47 min ABŞ dolları dəyərində 288,21 ton olub ki, 2023-cü ilə nisbətən 25,85 ton azdır.

Azərbaycandan 2024-cü ildə xaricə isə 3 milyon 147.77 min ABŞ dolları dəyərində 6,81 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 2,13 ton azdır.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər