28 Yanvar 13:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 faizini və ya 11 milyard 27,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar təşkil edib.

Teleqraf.com xəbər verir ki, dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat olub. Bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12781,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olan neft-qaz gəlirlərinin 49 faizini və ya 2341,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1774,5 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər