Ötən ilin yanvar-dekabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 1 milyard 353,2 milyon manat sığorta haqqı yığılıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,7 faiz çoxdur.

2024-cü ildə sığorta şirkətlərinin xətti ilə 752,7 milyon manat sığorta ödənişi edib.

Bu isə, 2023-cü illə müayisədə 28,2 faiz çoxdur.

Nəticədə, sığorta şirkətləri ödənişlərindən 600,5 milyon manat çox sığorta haqqı toplayıblar.