28 Yanvar 17:26
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən Azərbaycana ödənilən bonusların azalacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun builki büdcəsinə verdiyi rəydə bildirilir.

Rəydə qeyd edilir ki, səbəb Şahdəniz yatağı üzrə bonus ödənişlərinin azalmasıdır: “2025-ci il üzrə bonus ödənişləri 451,6 mln. ABŞ dolları və ya 767,7 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2023-ci ilin müvafiq icra göstəricisindən 33 mln. manat və ya 4,1% az, 2024-cü ilin proqnoz göstəricisindən 8,2 mln. manat və ya 1,1% az, gözlənilən icra göstəricisindən isə 11 mln. manat və ya 1,4% azdır”.

Azərbaycana 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları ödənilməsi nəzərdə tutulub ki, bonus məbləğinin 8-ci hissəsi – 450 mln. ABŞ dolları və ya 765,0 mln. manatı 2025-cü ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər