29 Yanvar 14:57
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ildə 117,683 manat gəlir edib. Bu rəqəm 2022-ci ildə 110,620 manat olub.

Teleqraf.com xəbər verir ki, AZAL-ın daşınma və digər sahələr üzrə gəlirləri 2023-cü ildə 1 milyard 473,161 manata çatıb. 2022-ci ildə bu rəqəm 1 milyard 149,954 manat təşkil edib.

Şirkət 2023-cü ildə dövlətdən 21 milyon 240 min manat subsidiya alıb. Bu 2022-ci ildə alınan 108 milyon 809 min manatlıq subsidiya ilə müqayisədə 5 dəfədən çox azalma deməkdir.

AZAL-ın 2023-cü ildə əməliyyat mənfəəti 318 milyon 834 min manat, 2022-ci ildə isə 257 milyon 953 min manat təşkil edib. Şirkətin 2023-cü ildə maliyyə xərcləri 161 milyon 88 manat (2022-ci ildə 102 milyon 210 min manat), xarici valyuta mübadiləsindən yaranan zərər 11 milyon 217 min manat (2022-ci ildə 5 milyon 815 min manat), mənfəət vergisi xərci isə 28 milyon 846 min manat (2022-ci ildə 39 milyon 308 min manat) təşkil edib.

AZAL-ın 2023-cü ildə cəmi aktivləri 2 milyard 640 milyon 517 min manat (2022-ci ildə 2 milyard 241 min 231) olub. Şirkətin cəmi öhdəlikləri isə 3 milyard 169 milyon 624 min manata (2022-ci ildə 3 milyard 13 milyon 496 min manat) çatıb. 2023-cü ildə AZAL-ın cəmi öhdəlikləri aktivlərinə nisbətən 1.2 dəfə çox olub.

Hesabat ilində AZAL-ın cəmi kapitalı 243 milyon 158 min manat azalaraq 529 milyon 107 min manat olub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər