2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” olub.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət il ərzində 418 milyon 779 min manat ödənişi aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” (141 milyon 292 min manat) ikinci, “Atəşgah Həyat Sığorta” (53 milyon 230 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah” sığorta (29 milyon 18 min manat), “Qala Sığorta” (17 milyon 351 min manat) izləyib.
Ümumilikdə, il ərzində sığorta şirkətləri tərəfindən 752 milyon 712 min manat sığorta ödənişləri həyata keçirilib.