Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,16% artaraq 2 760 ABŞ dollar təşkil edib.
Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,29% azalaraq 30,83 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, qızılın dəyəri aylıq 5,19%, gümüş isə 6,83% bahalaşıb.