30 Yanvar 15:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması, mikromobilliyin təmin olunması məqsədilə bir sıra zəruri addımlar atılıb.

Teleqraf.com-un AYNA-ya istinadən xəbərinə görə, cari ilin 30 yanvar tarixinədək Səttar Bəhlulzadə ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində 2 piyada keçidi bərpa olunub, Məsud Davudoğlu küçəsində isə 1 piyada keçidi yenilənib.

Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində 1.25 (sari tor) üfüqi nişanlanma xətti təşkil edilib, Rəşid Quliyevlə Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində isə 1.25 (sari tor) üfüqi nişanlanma xətti yenilənib.

Bundan başqa, AYNA tərəfindən Məhəmməd Hadi küçəsində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən xətlər yenilənib.

Eyni zamanda, Vaqif prospektində, Şövkət Ələkbərova (6 nömrəli məktəbin qarşısı), Fətəli xan Xoyski, Ceyhun Hacıbəyli, Abbasqulu ağa Bakıxanov, Qurban Xəlilov küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi istiqamətində işlər görülüb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər