Məişət evləri müraciətdən sonra 30 gün ərzində su şəbəkəsinə qoşulacaqlar.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Su Agentliyinin sədr müavini İlham Bayramov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar hazırda su şəbəkəsinə qoşulmaq üçün bir neçə quruma müraciət edirlər. Dəyişikliklərdən sonra sadəcə mobil tətbiq vasitəsilə su şəbəkəsinə qoşulmaq mümkün olacaq.