Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir Pərviz Şahbazov bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Nazir Lazar Komanesku ilə Azərbaycanın təşkilata sədrliyi dövründə enerji sahəsində əməkdaşlıq, Enerji İşçi Qrupunun iclasının keçirilməsi və təşkilatla əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə edib.
Onlar eyni zamanda Qara dəniz regionunda enerji tərəfdaşlığında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini dəyərləndirib.