Avropa İttifaqında işsizlik artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin Avropa İttifaqı və Avrozonanın 2024-cü ilin dekabr ayına dair işsizlik göstəricilərində qeyd edilib.
Məlumata görə, Aİ-də işsizlik səviyyəsi dekabrda 5,9 faizə yüksəlib. Avrozonada isə bu rəqəm 6,3 faiz olub.
Ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,5 faiz, Aİ-də isə 6 faiz təşkil etmişdi.
Dekabrda işsizlik səviyyəsi İspaniyada 10,6%, Yunanıstanda 9,4%, Finlandiyada 8,6%, İsveçdə isə 8,5% olub.
Aİ-də işsizlərin sayı dekabr ayında 12 milyon 978 min nəfər təşkil edib, onların 10 milyon 830 min nəfəri Avrozona ölkələrinin payına düşüb. Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 15%, Avrozonada isə 14,8% olaraq müəyyən edilib.
Avropa Statistika İdarəsi eyni zamanda Avropada iqtisadi artımın sıfır səviyyəsində olduğunu bildirib.
Məlumata görə, Avropanın iqtisadi lokamativi olan Almaniyada ardıcıl iki ildir istehsalın azalması bölgə iqtisadiyyatına təsir göstərib.
İdarə 20 ölkədən ibarət Avrozonada ümumi daxili məhsulun (ÜDM) 2024-cü ilin son rübündə sıfır artımla sabit qaldığını açıqlayıb. Gözləntilər isə iqtisadiyyatın 0,1 faiz böyüyəcəyi istiqamətində idi.