Ötən il dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat olub.
Teleqraf.com xəbər verir ki, dövlət büdcəsnin önəmli hissəsinin son rübdə xərclənməsi ənənəsi 2024-cü ildə də davam edib. Belə ki, xərclərin üçdə biri - 12 milyard 545,4 milyon manatı sonuncu rübün payına düşüb.
Son rübdə aylar üzrə xərclər isə belə olub: oktyabrda 2 milyard 933,9 milyon manat, noyabrda 2 milyard 929,9 milyon manat, dekabrda isə 6 milyard 681,6 milyon manat.