Naxçıvanın Şahbuz şəhəri, eləcə də Babək, Culfa, Ordubad rayonları ərazisində yerləşən bəzi şəhər və kənd daxili avtomobil yolların əsaslı təmir işlərinin satınalınması ilə bağlı açıq tender elan edilib.
Teleqraf.com xəbər verir ki, tenderi "Naxçıvan Yol Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edib.
Təmir işləri ilə bağlı ehtimal olunan qiymət 53 milyon 220 min 215 manatdır.
Müsabiqədə iştirak haqqı 7983.03 manatdır. Təkliflərin son təqdim olunma tarixi 18 martdır. Zərflər də eyni gündə açılacaq.