3 Fevral 21:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi 2024-cü ildə azalmaqda davam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının statistikasını araşdıran
RBC mərkəzi məlumat yayıb.

Təşkilat əsasən “Zolotaya Korona”, “Unistream” və "Contact" vasitəsilə pul köçürmələrini araşdırıb.

2024-cü ildə Rusiyadan Gürcüstana da 541,2 milyon dollar göndərilib ki, bu da 2023-cü ildəki göstəricidən 65 faiz azdır.

2024-cü ilin 11 ayında Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13% azalaraq 3,2 milyard dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankı hələlik yalnız 2024-cü ilin doqquz ayının statistikasını açıqlayıb. Ötən ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana transfertlərin həcmi iki dəfə azalaraq 410,7 milyon dollara çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər