11:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər isə artıb.

Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il bu növ sığorta üzrə yığımlar 2 milyon 646 min manat olub. Bu, 2023-cü illə müqayisədə 12 dəfə azdır. 2023-cü ildə 32 milyon 931,7 min manat sığorta haqqı yığılmışdı.

Sığorta ödənişləri isə əksinə, kəskin artıb.

Belə ki, bu növ sığorta üzrə ödənişlər ötən il 2023-cü illə müqayisədə 16 dəfə çox – 34 milyon 182 min manat olub.

Həyatın ölüm halından sığortası müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər