ABŞ-Çin ticarət müharibəsi yenidən gündəmdədir. Ölkələr yeni tarif savaşının xarici ticarətlərlə təsirini dəyərləndirirlər. Görünən odur ki, burada uduzan tərəf ABŞ olacaq.
Teleqraf.com xəbər verir ki, ticarət müharibəsindən üçüncü ölkələr, o cümlədən Rusiya, faydalana bilər. Çin ABŞ-dan aldığı enerji məhsullarını əvəzləmək üçün Rusiya bazarına yönələ bilər. 2024-cü ildə Çin Rusiyadan 95 milyard dollar dəyərində enerji məhsulları alıb və bu rəqəmin daha da artması mümkündür. Çünkı Rusiya Çin üçün əsas neft və qaz tədarükçüsüdür.
Çin, ABŞ-dan idxal etdiyi sıxılmış təbii qazı Rusiyanın tədarükləri ilə əvəz edə bilər. Lakin, sanksiyalar bu ticarət mübadiləsini məhdudlaşdıra bilər.
O ki qaldı, ABŞ-Çin arasında yeni tarif siyasəti bu ölkələrin iqtisadiyyatına təsirinə, 2024-cü ilin 11 ayında ABŞ Çindən 401 milyard dollar dəyərində mal idxal edib, 2023-cü ildə isə bu rəqəm 448 milyard dollar olub. İki ölkə arasında əməliyyatlar üzrə ticarət kəsiri 270 milyard dolları keçib. Çinlə ticarət kəsiri 2005-ci ildən bəri hər il 200 milyard dolları keçir. Donald Tramp kəsiri azaltmağa və ABŞ sənayesini dirçəltməyə söz verib. Ağ Ev rəhbəri Çin mallarına 10% rüsum tətbiqi qərarını da bununla əsaslandırıb. Lakin Rəsmi Pekinin Ağ Ev rəhbərinin qərarına cavabı gecikməyib. Çin 80 mal növünə 15% və 10% əlavə tarif tətbiq edib. Həmçinin ABŞ-yə nadir metalların ixracını məhdudlaşdırıb.
Çinin xarici ticarət statistikasına əsasən, ABŞ-nin tətbiq etdiyi tarif siyasəti 14 milyard dollar dəyərində məhsulu əhatə edir. Bu rəqəm Çinə ixrac olunan ABŞ məhsullarının 8,5%-ni təşkil edir. Həmin məhsulların sırasında neft (2024-cü il üçün 6 milyard dollar), minik avtomobilləri (3,1 milyard dollar), LNG (2,4 milyard dollar) və kömür (təxminən 2 milyard dollar) var.
Qeyd edək ki, Çin istehlak etdiyi neft və qazın digər ölkələrdən tədarükünə üstünlük verir. Məsələn, 2024-cü ilin sonuna olan rəqəmlərə əsasən, Çinin ümumi LNG idxalında ABŞ-nin maye qazı cəmi 5% paya malik olub.