16 May 2014 12:51
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak edib. “AmCham”ın bank-maliyyə-sığorta və vergi-gömrük komitələrinə üzv olan şirkətlərin nümayəndələri, Vergilər Nazirliyinin əməkdaşları – nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisinin birinci müavini Elçin Məmmədov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəis müavini Həmid Zeynalov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbov ilə görüşüblər.

Tədbirdə çıxış edən Natiq Şirinov nazirlik ilə palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayıb. O, palata üzvlərinə Azərbaycanda vergi qanunvericiliyində son dəyişik və əlavələr, həmçinin son islahatlar və vergi hesabatlığın “e-hökumət” vasitələri ilə həyata keçirilməsi perspektivləri haqqında məlumat verib.

Görüşün yekununda dövlətlə özəl sektor arasında qarşılıqlı dialoqu tənzimləyən əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyi xüsusi qeyd edilib.

“AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. “AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.

Naibə


Müəllif: