16 May 2014 13:35
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” hesabatın müzakirəsi zamanı hökumətin adından maliyyə naziri Samir Şərifov danışıb.

Teleqraf.com-un məlumatına görə, nazir deyib ki, hesabat reallığı əks etdirir: “Müzakirəyə təqdim olunan materiallarda büdcənin hesabatına dair ətraflı məlumat verilib. Prezidentin rəhbərliyi altında davam etdirilən iqtisadi kurs makro iqtisadi dayanıqlığı təmin edərək xalqın həyat yaşayışı və rifahı üçün töhfə olub. Büdcə uğurla icra edilib. 2013-cü ildə dövlət və icmal büdcəsi əhəmiyyətli dərəcədə genişləndirilib. İcmal büdcə 3,8 milyard kəsirlə proqnozlaşdırılsa da, 1 milyarda başa gəlib. Büdcənin mədaxili 19 milyard yerinə yetirilib. 2012-ci ilə müqayisədə bu yüksək göstəricidir. Vergilər Nazirliyi 6, 64 milyon manat vəsait təmin edib. Gömrük Komitəsindən büdcəyə 1 milyard 383 milyon manat daxil edilib. Neft Fondunda 11 milyard 350 milyon vəsait transfer olub”.

Nazir deyib ki, büdcənin 48 faizi cari xərclərə, 4 milyard 906 milyon manatı sosial sahəyə yönəldilib: “Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 70 milyon manat ayrılıb. Ünvanlı sosial yardımlara ödənilməsi üçün 200 milyon, məcburi köçkünlərə 522 milyon manat vəsait ayrılıb. SSRİ əmanət bankının əmənatçilərə fərdi ödəniş hesabat ilində başa çatdırılıb. Bu məqsədlə 324 milyon manat ayrılıb. Sosial ipotekaya 40 milyon manat ayrılıb. Hərbiçilərin sosial rifahı və ordunun müasir tələblərə cavab verməsi Prezidentin əsas prioritetlərindən biridir və hesabat ilində büdcənin 14,8 faizi bu istiqaməyə yönəldilib”.

Nazir deyib ki, abadlıq işləri, kəndlər arası yollar və digər işlər üçün 347 milyon manat ayrılıb. Prezidentin ehtiyat fondundan bir çox sahələrə maliyyə ayrılıb. Əhalinin ərzaq təminatı məsələsində əhəmiyyətli olan kənd təsərrüfatı məhsullarının istehasalı üçün münbit şərait yaradılıb. Kən təsərrüfatı texnikası, lizinq və digər vasitələrin ayrılmasına 35 milyon manat ayrılıb. Eləcə də, Kənd Kreditləri Dövlət Agentliyinə 8 milyon manat vəsait ayrılıb. Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılıb və bu ötən illə müqayisədə çoxdur. Hazırda istifadə olunan xarici borcun məbləği 6,1 milyard manat olub. Dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi diqqətdə saxlanılıb və 728 milyon manat təşkil edib. Hesabat ilində Azərbaycan 71 ölkədə olan diplomatik korpusun və konsulluğun saxlanılmasına 59 milyon manat xərclənib”.

Nemət


Müəllif: