6 Mart 2015 22:58
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyası apreldə istifadəyə veriləcək.

Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinnə görə, Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyasının (SNG) apreldə istifadəyə veriləcək: “Bildiyiniz kimi, Bakıda böyük sıxılmış qaz stansiyasının tikilir. Yəqin ki, apreldə onu işə salacağıq. Bir neçə stansiyanın tikintisi “SOCAR-Petroleum” və tərəfdaşları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, nəzərdə tutduğumuz müddətdə Bakıda və ətraf ərazilərdə SNG stansiyaları və SNG ilə çalışan motorlara qulluq edən texniki bazalar tikilib hazırlanacaq. Biz qaz ölkəsi olaraq, yanacağın müəyyən hissəsinin qaza keçirilməsi işlərini görürük. Dünyada bu geniş yayılıb. Məsələn, Avropada elə ölkələr var ki, orada istismar olunan avtomobillərin 60-70 faizi bu tip yanacaqdan istifadə edir. Bu, həm də ekoloji baxımdan vacibdir”.


Rövnəq Abdullayev SOCAR-ın Gürcüstanda 14 SNG stansiyası tikdiyini də bildirib.


Müəllif:

Oxşar xəbərlər