Problemli kreditlərin 1,3 milyard manata çatması müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, ötən il belə kreditlərin həcmi 976 milyon manat təşkil edib. Hazırda ümumi kredit portfelində belə kreditlərin 5.5 faizə çatması bankların vəziyyətinin yaxşı olmadığını deməyə əsas verir. Banklar nə qədər qazanıblarsa, bir o qədər də itki ilə üz-üzədirlər. Bu da kredit faizlərinin yüksək olmasından irəli gəlir. Belə ki, faizlər ölkə əhalisinin gəlirlərinə adekvat deyil.
O ki qaldı problemli kreditlərin banklar üzrə qruplaşdırılmasına, araşdırmalarımız göstərir ki, bankların əksəriyyəti 2014-cü ilin illik hesabatını verməyib. Hesabatları açıqlayanlarda isə vaxtı keçmiş kreditlərin məbləği aşağıdakı kimi olub:
“AGBank” da vaxtı keçmiş kreditlərin həcmi 55 699,3 milyon manat olub. Bankın xalis mənfəəti 359,37012 manat təşkil edib.
“Bank of Baku”nun iri kreditlərinin cəmi 2014-cü ilin sonuna 10 000.00 min manat olub. Məcmu kapitala nisbəti 0,07 faiz olub. Vergilər ödənildikdən sonra xalis mənfəəti 50 958 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi (müştərilərə verilən kreditlər və lizinq cəmi) 47 840.8 min manat olub.
“Nikol Bank” 2014-cü ilin hesabatını təqdim etmədiyindən rəqəmləri öyrənməyə müvəffəq olmadıq.
“AtaBank” ancaq balans hesabatını açıqlayıb. Hesabatdan bankın keçən ilin sonuna 444 963,9 min manat kredit verdiyi bəlli olur. Bank digər hesabatları təqdim etmədiyindən vaxtı keçmiş kreditlərin həcmi də bəlli deyil.
“AccessBank”ın vaxtı keçmiş kreditlərinin məbləği 7597,08 min manat olub. Bu kreditlərin kredit portfelində xüsusi çəkisi 0,92 faiz təşkil edib. Bankın ümumi kredit portfeli 821469,93 min manat olub. Bankın xalis mənfəəti 112753.40 min manat olub.
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin 01.01.2015-ci il tarixə balansında kredit portfelinin həcmi 208,442.567.88 manat olub. Bank vaxtı keçmiş kreditlərlə bağlı tam məlumatları açıqlamayıb.
Qeyd edək ki, ötən ilin sonuna doğru bağlanmaq təhlükəsi ilə üz-üzə olan bankın hazırda səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikasının “Ziraat Bank”ı (12,37 %), “AzRe Təkrarsığorta” ASC (6.55%), "Qala Həyat" Sığorta Şirkəti ASC (5.00%) və "Ziraat Bank İnternational"dır (1.08%).
“Bank BTB” sonuncu hesabatını ötən ilin ikinci rübündə verib. Bankın hesabatına görə, kreditlərin həcmi 96 590,42 min manat olub. Vaxtı keçmiş kreditlərin həcmi açıqlanmayıb.
“Bank Respublika”nın ilin sonuna məcmu iri kredit risklərinin maksimum həddi 48,486.28 manat təşkil edib, Birinci dərəcəli kapitala nisbəti 1,27 faiz olub. Vaxtı keçmiş kreditlәrin məbləği 5,088.90 min manatdır. Portfelə nisbəti 1, 63 faizdir.
“Bank Technique”nın 2014-cü ilin son rübünə olan balans hesabatında xalis kreditlər və lizinqlər 409,602.22 min manat göstərilib. Vaxtı keçmiş kreditlərin həcmini açıqlamayıb.
"DekaBank"ın keçən ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərinin həcmi 5,3 milyon manat təşkil edib. Dördüncü rübə dair isə məlumat yerləşdirilməyib.
“Expressbank”ın ötən ilin sonuna overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər cəmi 210,428 min manat təşkil edib. O cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar 4,821 min manat olub.
“NBS Bank” 2014-cü ilin sonuna olan hesabatında cari kreditlərin məbləği 116,087 manat olub. 6,072 manat kreditin vaxtı keçib. Regionlar üzrə vaxtı keçmiş kreditlərin həcminə gəlincə, Bakıda bu rəqəm daha böyük olub.
“Turanbank”da overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlərin məbləği ötən ilin sonuna 229311.96 manat olub. 7298.1699 manat kreditin vaxtı keçib.
“YapiKredi Bank Azerbaycan”da 12,7 milyon manat olmaqla ümumi kredit portfelinin 13 faizini təşkil edir.
“Parabank”ın 2014-cü ilin hesabatına görə, overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlərin məbləği 98 103,0 min manat, vaxtı keçmiş kreditlər 12 795,07 min manat olub. Vaxtı keçmiş kreditlərin həcmi 2013-cü ildə 11 760,14 manat təşkil edib.
"Bank Avrasiya" ASC-nin overdraftlar da daxil olmaqla, müştərilərə verdiyi kreditlərin həcmi (ötən ilin sonuna) 62,213.71 min manat olub. Vaxtı keçmiş kreditlərin məbləği 8,781.54 min manat olub. Vaxtı keçmiş kreditlərin kredit portfelində payı 14.1% təşkil edib.
Publika.az