Bəlkə də bir zamanlar xəyal kimi götünürdü. Lakin artıq Azərbaycan dünyanın nəhəng dövlətlərinə özünün həm siyasi, həm də iqtisadi maraqlarını qəbul etdirmək gücündədir.
Nədir Azərbaycanı hamı üçün cəlbədici edən?
Bu suala cavab vermək üçün dərin araşdırmalara ehtiyac yoxdur. Hər şey necə deyərlər gözümüzün qarşısındadır. Zəngin təbii resurslardan düzgün istifadə olunması, əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsinə yöməldilməsi, eləcə də ölkənin ictimai-siyasi həyatında dayanıqlı sabitliyin hökm sürməsi Azərbaycana nəhəng layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan bütün konturlar üzrə müsbət qiymətləndirmə qazandırır. Ölkənin tutduğu mövqe, özünəinamı yaradan iqtisadi-siyasi komponentlərin mövcudluğu, hərbi potensialının ilbəil güclənməsi və geosiyasi arenada nümayiş etdirdiyi dəqiq taktiki gedişlər göstərir ki, böyük layihələrin reallaşdırılmasının təşəbbüskarı olan və bu gün cənubi Qafqazın ÜDM-un az qala 4/5-ni istehsal edən Azərbaycanla hesablaşmamaq mümkün deyil. Diqqət yetirlməli olan əsas məqamlardan biri də Azərbaycanın həm qonşu ölkələrə, həm də paralel şəkildə Avropa ailəsinin üzvlərinə təminatlı transmilli layihələrdən yararlanmaq üçün əlverişli şərait yaratmasıdır. Regionda təkcə “torpaq nəfsi” ilə inildəyən Ermənistan qazanc imkanlarından məhrum olunub ki, bunun da səbəbi onun işğalçı mahiyyətindədir.
TANAP: Avropanın çıxış yolu
Artıq bütün dünyada açıq şəkildə bəyan edir ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Avropa Ittifaqının enerji resurslarının tədarük marşrutlarının şaxələndirilməsinə xidmət edən bir layihədir və onun həyata keçirilməsi Avropa üçün az qala həyati əhəmiyyətə malik bir hadisədir.
Əslində “Cənub” qaz dəhlizi 20 il bundan əvvəl əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəmərinin tikintisi ilə başlamış və Azərbaycanın enerji resurslarının dünyaya, ilk növbədə isə Avropaya çatdırılması üzrə Qlobal bir layihənin davamı və tamamlanması layihəsidir. Əgər bir vaxtlar çoxları Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin özünün reallaşdırılacağına şübhə ilə yanaşırdılarsa, artıq Azərbaycanın enerji resurslarını Avropaya aparan bütün yollar açılmış vəziyyətdədir. İndi biz hamımız bir zamanlar reallaşması mümkünsüz görünən nə var idisə hamısının reallığa çevrilməsi dövürünü yaşayırıq. Təsəvvür edin, dünyanın dörd yanında müharibələr gedir, qan axıdılır, iqtisadi kataklizmlər yaşanır, anacaq Azərbaycan TANAP kimi nəhəng iqtisadi layihənin təməlini qoyur və bununla da özünün illər əvvəldən tərtib olunmuş qlobal proqramları üzrə hədəflərinə doğru irəliləyir. Yuxarıda qoyduğumuz “Nədir Azərbaycanı hamı üçün cəlbədici edən” sualına cavab da elə sadaladığımız məqmlarda, günümüzün reallıqlarındadır.
İllər öncə yaranmış narahatlıq
Rusiya ilə Ukrayna arasında yaranmış və sonda qanlı toqquşmalara, Ukrayna torpaqlarının bir qisminin itirilməsinə gətirib çıxarmış gərginlik artıq Avropanı öz enerji təhlükəsizliyi məsələlərinə daha ciddi yanaşmağa məcbur edir. Aydındır ki, Avropa Rusiyanı sonadək sözünü tutan tərəf və yaxud tərəfdaş kimi qəbul etməyib. Sadəcə enerji təhlükəsizliyini təmin edə biləcək alternativ variantlar seçiminin azlığı Avropanın enerji təhlükəsizliyini bir növ Rusiyadan asılı vəziyyətə salmışdı.
Hələ bir neçə illər öncə siyasi motivlərə söykənən Ukrayna-Rusiya qaz qarşıdurması Avropaya müəyyən narahaedici siqnallar ötürmüşdü. Xatırlayırsınızsa Ukraynanın “Qazprom” şirkətindən alınmış qaza görə ödəniş etməməsi səbəbindən yaranmış gərginlik və bu hadisələr fonunda Rusiyanın Avropaya Ukrayna ərazisi ilə qaz verilməsinin dayandırılacağı ilə bağlı məsajları Avropanın ehtiyatlanamasına əsaslar yaratmışdı. Bu narahatçılığın tam əsaslı olması isə Krımda və Ukraynanın şərqində başlayan qarşıdurmadan sonra bir daha təstiqləndı.
Bu səbəbdən artıq çoxdan alternativ enerji mənbəələri və buna müvafiq alternativ enerji daşıma marşurutları üzərində düşünən Avropa Cənub Qaz Dəhlizinin əhəmiyyətini tam mənası ilə dərk etdi.
Dünyadakı təlatüm və Azərbaycanın uğuru
Azərbaycan üçün xüsusi əhəmiyyətə malik bu layihə sözsüz ki ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, siyasi müstəvidə də tələblərini təmin etmək üçün əlavə təsir rıçağı rolunu oynamış olacaq. Artıq qarşımızada danılmaz həqiqət var: Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dövrdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq daha bir uğura imza atmış oldu.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov