7 Aprel 2015 11:08
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi 8 aprel 2015-ci ildə Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, ölkədə aparılan aqrar siyasətə uyğun olaraq bölgələrdə bitkiçilik məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlər üzrə texniki, texnoloji, təşkilati və digər məsələlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu cür tədbirlərin keçirilməsi önəmlidir.

Tədbirdə Nazirliyin Aparatının, Xidmətlərinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, aidiyyəti Elmi-Tədqiqat İnstitutlarının, Nazirliyin Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.

SEVİL


Müəllif: