19 May 2014 18:55
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Brent” markalı neftin qiyməti bir barrel üçün 110 dolları aşıb. Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, qiymət artımı Liviyada ötən həftə parlamentin ələ keçirilməsindən sonra bu ölkədən neftin nəqlinə görə ehtiyatlılıqla əlaqələndirilir.

“Tam mümkündür ki, gələcəkdə neft bazarlarında Liviya ilə bağlı geosiyasi risklər üzündən böyük qiymət artımı qalsın”, - deyə Asiyada xammal bazarlarının analizi üzrə mərkəzin direktoru Mark Kinan bildirib.
Müşahidəçilərə görə, neftin bahalaşmasına Ukraynadakı konfliktlər də təsir edir. Bu xüsusda ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyəti gərginləşdirməkdə davam edəcəyi təqdirdə Rusiyanın “böyük ziyan” çəkməli olması ilə bağlı razılığa gəliblər.
Amma neft hələ ki, ucuzlaşmaq əvəzinə bahalaşır.


Müəllif: