19 Aprel 2015 13:59
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qızıl istehsalçısı olan “Anglo-Asian Mining PLC” (AAM) şirkəti 2015-ci ilin ilk rübündə 17 193 unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 52 faiz çoxdur.

Bu barədə Teleqraf.com şirkətin saytına istinadən məlumat verir.

2014-cü ilin yanvar-mart aylarında AAM 11 318 unsiya qızıl hasil edib. Ötən il ərzində ümumi həcm isə 52 107 unsiya təşkil edib.

Cari ilin sonuna qədər AAM 70-75 min unsiya qızıl hasil etməyi planlaşdırır.

İlin ilk rübündə şirkət hər unsiyası 1214 dollar olmaqla 17 206 unsiya qızıl satıb.

2015-ci ilin ilk rübündə qızıl istehsalında maksimal həcm təmin olunub. Bu o deməkdir ki, 2014-cü ildə məhsuldarlığın artması ilə bağlı görülən tədbirlər artıq müsbət nəticə verir.

Azərbaycanda SART üsulu ilə mis hasilatı bu ilin ilk rübündə 182 ton olub ki, bu da ötən ilin dördüncü rübü ilə müqayisədə 11,22 faiz azdır (205 ton). Ötən ilin analoji dövrü ilə müqayisədə isə 29 faiz (141 ton) artım müşahidə olunub.

2015-ci ilin ilk rübündə AAM 1950 unsiya gümüş hasil edib. Bu göstərici 2014-cü ilin analoji dövü ilə (3950 unsiya) müqayisədə azdır.


Müəllif:

Oxşar xəbərlər