Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) Azərbaycanda mühasibat uçotu və audit sahəsində çalışan təlimçiləri ödənişsiz əsaslarla METM-də akkreditasiyadan keçməyə dəvət edir.
Teleqraf.com-un məlumatına görə, eyni zamanda, mühasibat uçotu və audit üzrə təlimçilərin və ya bu sahədə karyeralarını qurmaq və potensialını tam olaraq reallaşdırmaq istəyən şəxslərin davamlı təhsilini təmin etmək məqsədilə METM ödənişsiz olaraq təlimçiləri “İmtahan suallarının hazırlanması metodikası” və “İmtahan nəticələrinin qiymətləndirilməsi metodikası” üzrə seminara dəvət edir. Seminar maliyyə hesabatlarının hazırlanması, maliyyə menecmenti, audit və əminlik fənləri üzrə keçiriləcək.
Seminar müvafiq sahələr üzrə beynəlxalq kvalifikasiyalara malik mütəxəssislər tərəfindən aparılacaq. Seminarın may ayında keçirilməsi planlaşdırılır.
Təlim Maliyyə Nazirliyinin və Dünya Bankının birgə “Korporativ və büdcə sektorlarında hesabatlılıq Layihəsi” çərçivəsində həyata keçirilir.
Naibə QURBANOVA