26 Aprel 2015 12:44
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda İslam maliyyə institutlarının fəaliyyətini tənzimləmək üçün hüquqi bazanın hazırlanması İslam İnkişaf Bankı (İİB) ilə qrant sazişinin ratifikasiyasından sonra sürətləndiriləcək.

Bunu Trend-ə Azərbacan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhram Qurbanzadə deyib: "İİB Azərbaycana İslam bankçılığı sahəsində qanunvericiliyin yaradılması üçün 200 min dollar məbləğində qrant təqdim etməyə hazırdır. Qrant 12 ay üçün nəzərdə tutulub".

Onun sözlərinə əsasən, dövlət qurumları tərəfindən hələlik bu qrantla bağlı münasibət bildirilməyib və şərh verilməyib.

B.Qurbanzadə qeyd edib ki, ABB-nin nümayəndələrinin daxil olduğu işçi qrupu qanunun ilkin layihəsini hazırlayıb: "Lakin İİB-in qrantı ratifikasiya edildikdən və bu istiqamətdə bizimlə birgə işləyəcək bankın mütəxəssisləri gəldikdən sonra hökumətə təqdim olunacaq".


Müəllif:

Oxşar xəbərlər