30 Aprel 2015 18:43
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi ilə yanaşı ABŞ dolları ilə nominasiya olunan borc qiymətli kağızlara tələbin artması korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin edib.

Publika.az xəbər verir ki, əməliyyatlar nəticəsində korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz artaraq 593 milyon manat olub. İnvestorların daha likvid alətlərə marağının artması nəticəsində korporativ istiqrazların təkrar bazar ticarəti 99 faiz artaraq 578,7 milyon manat təşkil edib.


Rüb ərzində dövlət qiymətli kağızlar bazarında əqdlərin sayının artmasına baxmayaraq, əməliyyatların həcmi ötən illə müqayisədə 98 faiz azalaraq 61 milyon manat olub. Dövr ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən not yerləşdirilməsi və notlarla repo əməliyyatı baş tutmayıb. Həmçinin Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyası həyata keçirilməyib. Lakin dövlət istiqrazlarının təkrar bazarı hesabat dövrü ərzində 2,7 dəfə artaraq 14,9 milyon manat, dövlət istiqrazları ilə banklararası repo əməliyyatları 8 dəfə artaraq 16 milyon manat, korporativ istiqrazlar ilə repo əməliyyatları isə 2,9 dəfə artaraq 30 milyon manat təşkil edib.


Müəllif:

Oxşar xəbərlər