1 May 2015 09:03
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

SWIFT hesab sisteminin göstəricilərinə görə Çin yuanı 2015-ci ilin mart ayında beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan dünya valyutaları arasında 5-ci yeri tutub.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, yuan fevral ayında 7-ci yerdə qərarlaşmışdı. İqtisadçıların fikrincə, bu geriləmə Çində ay təqvimi ilə bir həftə qeyd edilən Yeni il bayramı ərzində əməliyyatların sayının azalması ilə əlaqədar idi.


Keçən ay Çin valyutasından istifadə olunmaqla həyata keçirilən köçürmələrin payı 2,03 faiz olub. Halbuki bu göstəricilər fevral ayında 1,81 faiz təşkil etmişdi.


Keçən ilin noyabr ayında yuan beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan dünya valyutaları arasında Kanada və Avstraliya dollarlarını qabaqlayaraq 5-ci yerə yüksəlmişdi. Yuandan istifadə edilən ödəmələrdə 2,17 faizlik rekord göstərici isə 2014-cü ilin dekabr ayında qeydə alınmışdı.

Beynəlxalq Valyuta Fondu (BVF) beş ildən bir xüsusi borc hüquqları sisteminə yenidən baxır. Bu halda yuan rəsmi ehtiyat valyutası elan edilə bilər. Hazırda BVF-nin valyuta səbəti ABŞ dolları, avro, yen və funt sterlinqdən təşkil edilib


Müəllif:

Oxşar xəbərlər