6 May 2015 13:41
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Transxəzər qaz kəməri layihəsi üzrə danışıqların davam etdirilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib: "Bildiyiniz kimi, Avropa Komissiyası, eləcə də onun enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç Aşqabadda keçirilmiş üçtərəfli görüşün nəticələrini səbirsizliklə gözləyir. Biz Avrpoya qaz tədarüklərinin artırılması üçün böyük əhəmiyyət kəsb edəcək Transxəzər qaz kəmərinin çəkilməsi məsələsi üzrə danışıqları davam etdirməyi tövsiyə edirik".

Qeyd edək ki, ötən həftə Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə yanacaq-enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.


Müəllif: