"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin operatoru olan BP şirkəti mayın sonunda planlı profilaktik işlərin aparılması üçün "Qərbi Azəri" platformasının işini dayandırmağı planlaşdırır. Bunu Trend-ə şirkətdən deyiblər.
Şirkətdən qeyd ediblər ki, ilin əvvəlində təsdiq edilmiş plana uyğun olaraq, platformada profilaktik işlər mayın sonunda başlayacaq.
BP 2015-ci ildə "Qərbi Azəri" və "Çıraq" platformalarını planlı texniki işlər üçün müxtəlif vaxtlarda dayandırmağı planlaşdırır.
Şirkətdən bildiriblər ki, planlı profilaktik işlər blokda hasilat həcminə cüzi təsir edəcək.