14 May 2015 08:15
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 10 nömrəli stasionar dəniz özülündən 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2892 metr intervaldan gündəlik 45 ton neft və 55 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər