17 May 2015 11:21
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və 245 milyon dollar əsaslı xərclər (ötən ilin analoji dövründə 137 milyon dollar) sərf edilib.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci ilin birincü rübündə ölkədə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

Birinci rüb ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 21 milyon kubmetr qaz olub.

Birinci rübdə CQBK-nın genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib. Boru seqmentlərinin gətirilməsi ötən il başlayıb, 2015-ci il ərzində və 2016-cı ilin əvvəllərinə qədər davam edəcək. Ümumilikdə, 40 mindən çox boru seqmenti 19 yük partiyası ilə gətiriləcək.


Müəllif:

Oxşar xəbərlər